20.11.2026-cı il tarixində saat 15:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Naftalan şəhəri, Heydər Əliyev prospekti ərazisindən çağırış qeydə alınıb.
Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.
Təcili tibbi yardım briqadası tərəfindən 3 nəfər (2 kişi, 1 qadın cinsli yeniyetmə) Goranboy rayonuna özəl tibb müəssisəsinə hospitalizasiya olunub.
***
18:23
Naftalanda 3 nəfəri avtomobil vurub.
APA-nın yerli bürosunun məlumatına görə, Naftalan şəhəri ərazisində avtomobil yolu qarşı tərəfə keçmək istəyən məktəbliləri - 2014-cü il təvəllüdlü R.Paşazadə, 2017-ci il təvəllüdlü C.Sadıqzadə və 2015-ci il təvəllüdlü K.Abbaslını vurub.
Hər 3 piyada xəstəxanaya yerləşdirilib, onların vəziyyətinin kafi olduğu bildirilir.