Bank Of Baku

Şəmkirdə 39 yaşlı şəxs bıçaqlanıb, vəziyyəti ağırdır - YENİLƏNİB

Şəmkirdə 39 yaşlı şəxs bıçaqlanıb, vəziyyəti ağırdır - YENİLƏNİB
# 09 iyul 2025 11:37 (UTC +04:00)

09.07.2025-ci il tarixində saat 01:50 radələrində 1986-cı il təvəllüdlü şəxs (kişi cinsli) qarının sol yarısının və döş qəfəsinin sol yarısının daxilə keçən kəsilmiş-deşilmiş yarası, travmatik şok diaqnozu ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən APA-ya verilən xəbərə görə, həmin şəxs təcilli olaraq əməliyyata alınıb.

Vəziyyəti ağır olan şəxsin müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir.

***

08:43

Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, 1986-cı il təvəllüdlü Azər Məsimov aralarında yaranan mübahisə zəminində tanışı və həmyaşıdı, 1986-cı il təvəllüdlü Zaman Hüseynovu bıçaqlayıb.

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakini A.Məsimov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


***
08:27

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə rayon ərazisində qeydə alınıb.

Orta yaşlı kişi bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR