Bank Of Baku

Şəmkirdə dəmir yolu xəttində silah-sursat aşkarlanıb

Şəmkirdə dəmir yolu xəttində silah-sursat aşkarlanıb
# 05 yanvar 2024 13:18 (UTC +04:00)

Şəmkirdə dəmir yolu xəttində silah-sursat aşkarlanıb.

APA-nın yerli bürosunun məlumatına görə, DİN-in Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Gəncə Xətt Polis Şöbəsinə Şəmkir rayon ərazisindən keçən dəmir yolunun yaxınlığında silah-sursat olması barədə məlumat daxil olub. Polis əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər həyata keçirib və sözügedən ərazidən 2 ədəd “F1” əl qumbarası, 1 ədəd “UZRMQ” markalı partladıcı, 2 ədəd “DQ Çeremuxa” tüstü qumbarası, 4 ədəd avtomat darağı və müxtəlif kalibirli avtomat patronları aşkar olunub. Əraziyə ANAMA-nın əməkdaşları cəlb olunub, faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR