Bank Of Baku

Şəmkirdə yanğın olub, xəsarət alan var - FOTO

Şəmkirdə yanğın olub, xəsarət alan var - FOTO
# 11 iyul 2023 22:51 (UTC +04:00)

Şəmkirdə yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Nərimanlı kəndində qeydə alınıb.

Kənd sakininə məxsus evin eyvanında yanğın başlayıb. Hadisə yerinə FHN Dövlət Yanğından mühafizə xidmətinin Şəmkir rayon Dövlət Yanğından mühafizə hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb, evin qalan hissəsi yanğından mühafizə olunub.

Hadisə zamanı ev sahibi, 42 yaşlı Ərşad Bəndəliyev xəsarət alıb. O, bədənin 3-cü dərəcəli texniki yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstəyə tibbi yardım göstərildikdən sonra evə vuraxılıb. Yanğına qaz balonu səbəb olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR