Bank Of Baku

Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırılıb - YENİLƏNİB

Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırılıb - YENİLƏNİB
# 10 iyul 2025 22:11 (UTC +04:00)

Şəmkir rayonunda ikimərtəbəli yaşayış binasında baş vermiş yanğın nəzarətə alınıb və qısa müddətdə söndürülüb.

APA-nın yerli bürosunun məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları hadisə yerinə operativ şəkildə cəlb olunublar. Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində alovun geniş əraziyə yayılmasının qarşısı alınıb.

Baş verən yanğın nəticəsində ümumi sahəsi 1200 kvadratmetr olan binanın dam örtüyünün taxta atmaları 30 kv.m sahədə yanıb.

Binanın ikinci mərtəbəsində yerləşən, rayon sakini 1964-cü il təvəllüdlü R.Məmmədova məxsus, ümumi sahəsi 70 kv.m olan 3 otaqlı mənzilin mətbəxinin dam örtüyünün taxta atmaları yanğın zamanı zərər görüb. Həmçinin, onun qonşusu – 1964-cü il təvəllüdlü F.Soltanovaya məxsus, ümumi sahəsi 90 kv.m olan 4 otaqlı mənzilin eyvanının dam örtüyünün taxta atmaları da 1 kv.m sahədə yanıb.

Yüksək temperaturun təsirindən hər iki mənzilin lambirdən ibarət tavanı 4 kv.m sahədə əriyib.

Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının səbəbləri araşdırılır.



***
21:57

Şəmkir rayonunda yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində yerləşən ikimərtəbəli yaşayış binasında qeydə alınıb. Məlumata əsasən, binada qəfil yanğın başlayıb.

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür. Binada yaşayan sakinlər təhlükəsizlik məqsədilə təxliyə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR