Bank Of Baku

Şəmkirdə yaşlı kişini avtomobil vurub

Şəmkirdə yaşlı kişini avtomobil vurub
# 30 dekabr 2022 20:38 (UTC +04:00)

Şəmkirdə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Dəllər qəsəbəsində qeydə alınıb.

Yolu qarşı tərəfə keçmək istəyən 1958-ci il təvəllüdlü Novruz Musayevi avtomobil vurub.

Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR