Bank Of Baku

Şəmkirdə yol qəzasında 4 nəfər xəsarət alıb, polis zabiti ölüb - YENİLƏNİB-3 - ADLAR

Seyidrüstəm Əliyev

© APA | Seyidrüstəm Əliyev

# 30 aprel 2023 09:54 (UTC +04:00)

APA qəzada həyatını itirən polis zabiti 1991-ci il təvəllüdlü Seyidrüstəm Əliyevin fotolarını təqdim edir.

Seyidrüstəm Əliyev

Seyidrüstəm Əliyev

***

08:53

Şəmkirdə baş verən qəzada 1 nəfər ölüb 4-ü yaralanıb.

APA xəbər verir ki, qəzada polis zabiti 1991-ci il təvəllüdlü Seyidrüstəm Əliyev həyatını itirib.

Xəsarət alan 4 nəfərin adı aşağıdakı kimidir:

Toğrul Quluzadə (2001);

Azər Bəhlulzadə (2022);

Fİkrət Bağırov (2001);

Zirəddin Mahmudov (1997).

***

Saat 08:15

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DiN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, aprelin 29-da saat 23 radələrində Bakı-Qazax yolunun Şəmkir rayonu hissəsində 1991-ci il təvəllüdlü Seyidrüstəm Əliyevin idarə etdiyi “Niva”, 2001-ci il təvəllüdlü Fikrət Bağırovun idarə etdiyi “Priora” markalı avtomobillər toqquşub. Nəticədə S.Əliyev hadisə yerində dünyasını dəyişib, digər sürücü xəstəxanaya çatdırılıb.

Araşdırma aparılır.

S.Əliyev polis zabiti olub, Gədəbəy RPŞ-də xidmət edirdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR