Bank Of Baku

Şərurda biçilmiş taxıl sahəsindəki yanğın söndürülüb - VİDEO - YENİLƏNİB

Şərurda biçilmiş taxıl sahəsindəki yanğın söndürülüb  - VİDEO  - YENİLƏNİB
# 05 avqust 2023 16:25 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şərur rayonu, Maxta kəndinin ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən APA-ya verilən xəbərə görə, dərhal əraziyə Şərur Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən vətəndaşa məxsus həyətyanı sahədə quru ot, kol-kos və oduncaq tullantılarının yandığı və yanğının yaxınlıqdakı evə keçmə riskinin yüksək olduğu müəyyən edilib.

Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın genişlənməsinə, o cümlədən fərdi yaşayış evinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində təxminən 600m² sahədə quru ot, kol-kos və oduncaq tullantıları yanıb, yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

***

12:58

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şərur rayon Maxta kəndində biçilmiş taxıl sahəsində yanğının baş verməsi barədə məlumat daxil olub.

FHN-dən APA-ya verilən məlumata görə, dərhal əraziyə Şərur Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR