Azərbaycanda 2023-cü ilin yanvar-iyun aylarında avtomobil yollarında nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 16 hadisə baş verib.
APA xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
Qeyd olunub ki, nəticədə 4 nəfər həlak olub, 18 nəfər yaralanıb. Hadisələrin 13-ü minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.