Şirvanda 22 yaşlı fəhlə bədbəxt hadisə nəticəsində ölüb.
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, iyulun 23-ü Şirvan şəhərində yerləşən iaşə obyektlərindən birində 2001-ci il təvəllüdlü Nəriman Əhmədovun fəhlə kimi divar söküntüsü işini icra edən zaman mişar daşlarının üzərinə düşməsi nəticəsində almış olduğu xəsarətlərdən ölməsi faktı ilə bağlı Şirvan şəhər prokurorluğunda araşdırma aparılır.