Siyəzəndə ötən gün dağlıq ərazidə başlayan yanğın söndürülüb.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, Siyəzənin Zarat kəndindən başlayan və daha sonra Xızı rayonu ərazinə keçən yanğın tamamilə söndürülüb. Mürəkkəb relyefli dağlıq ərazidə başlayan yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Siyəzən və Xızı rayonlarının Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Yanğının başvermə səbəbləri araşdırılır.