Ötən gün Siyəzən rayonu, Zarat kəndi yaxınlığında dənizdə ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 30 km aralı, nəzarətsiz ərazidə batmış 3-cü şəxsin də meyiti tapılıb.
APA xəbər verir ki, bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb.
Xəbərə görə, 2006-cı il təvəllüdlü Bəşirzadə Rəvan Tacıəhməd oğlunun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.
***
17.25
Ötən gün Siyəzən rayonu, Zarat kəndi yaxınlığında dənizdə ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 30km aralı, nəzarətsiz ərazidə batmış 2008-ci il təvəllüdlü Manafov Mehdi Elgün oğlunun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.
APA xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Həmin ərazidə batdığı ehtimal olunan üçüncü şəxsin axtarışları davam etdirilir.
***
16.36
Siyəzən rayonunda dənizdə batan şəxslərdən daha birinin meyiti tapılıb.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, Zarat kənd sakini Manafov Mehdi Elgün oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Digər şəxsin axtarışları davam etdirilir.
Qeyd edək ki, iyulun 23-də Siyəzən rayonunun Zarat kəndi yaxınlığında dənizdə 3 nəfər batıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, nazirliyin "112" qaynar telefon xəttinə Siyəzən rayonu, Zarat kəndi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 30 km aralı, nəzarətsiz ərazi) 3 nəfərin batması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Dənizdə boğulanların Zarat kənd sakinləri 16 yaşlı Mehdi Manafov, 17 yaşlı Rəvan Bəşirov və onun həmyaşıdı - Bakı şəhər sakini Nemət Əhmədov olduğu məlum olub. Bu gün səhər 17 yaşlı Nemət Əhmədovun meyiti Xəzərin Zarat kəndi ərazisindən keçən hissəsində tapılaraq aidiyyəti üzrə təhvil verilib.