Bank Of Baku

Siyəzəndə dənizdə batanlardan birinin meyiti tapılıb - YENİLƏNİB-1

Siyəzəndə dənizdə batanlardan birinin meyiti tapılıb - YENİLƏNİB-1
# 24 iyul 2023 09:35 (UTC +04:00)

Siyəzəndə dənizdə batanlardan birinin meyiti tapılıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, 17 yaşlı Nemət Əhmədovun cəsədi Xəzər dənizinin Zarat kəndi ərazisindən keçən hissəsində tapılaraq aidiyyəti üzrə təhvil verilib.

***

00:06

Siyəzəndə dənizdə batan üç nəfərin kimliyi müəyyənləşib.

APA-nın Şimal bürosunun verdiyi məlumata görə, dənizdə boğulanlar Zarat kənd sakinləri 16 yaşlı Mehdi Manafov, 17 yaşlı Rəvan Bəşirov və onun həmyaşıdı - Bakı şəhər sakini Nemət Əhmədovdur.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışları davam etdirir.

***

23.07.2023

Saat 21:59

Siyəzən rayonu, Zarat kəndi yaxınlığında dənizdə bir neçə nəfər batıb.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Siyəzən rayonu, Zarat kəndi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 30 km aralı, nəzarətsiz ərazi) 3 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR