Bank Of Baku

Sumqayıtda 1 ay əvvəl maşın vuran 77 yaşlı kişi ölüb

Sumqayıtda 1 ay əvvəl maşın vuran 77 yaşlı kişi ölüb
# 10 yanvar 2025 14:31 (UTC +04:00)

Sumqayıtda bir ay əvvəl maşın vuran 77 yaşlı kişi ölüb.

APA xəbər verir ki, hadisə dekabrın 10-da şəhərin Azərbaycan prospektində qeydə alınıb.

Yolu keçmək istəyərkən maşın vuran piyada 1948-ci il təvəllüdlü Cavanşir Mürvət oğlu Quliyev xəstəxanaya yerləşdirilib. O, bu gün müalicə aldığı xəstəxanada vəfat edib.

Meyit aidiyyəti üzrə təhvil verilib, fakt araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR