Bank Of Baku

Sumqayıtda 2 mikroavtobus toqquşub, xəsarət alanlar var

Sumqayıtda 2 mikroavtobus toqquşub, xəsarət alanlar var
# 06 yanvar 2024 08:24 (UTC +04:00)

Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, mikroavtobusların toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

Sumqayıt şəhər sakinləri, 1962-ci il təvəllüdlü Əliyev Nazim Əyyub oğlunun idarə etdiyi "Mercedes" markalı mikroavtobusla, 1973-cü il təvəllüdlü Məmmədov Elxan Qulu oğlunun idarə etdiyi eyni markalı marşrut mikroavobusu toqquşub.

Nəticədə marşrutda olan sərnişinlər, 1986-cı il təvəllüdlü Məmmədova Elmina Məhəmməd qızı, 1973-cü il təvəllüdlü Adıyeva Vəfa Qardaşxan qızı, 2007-ci il təvəllüdlü Məmmədli Sevda Zaur qızı və 1998-ci il təvəllüdlü Atakişiyeva Türkan Atakişi qızı xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR