Sumqayıt şəhərinin Koroğlu prospektində yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın xəbərinə görə, hərəkətdə olan "Mersedes" markalı 50 BV 799 dövlət nömrə nişanlı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaclara çırpılıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb.
Yolda qısa müddətli tıxac yaranıb. Əraziyə Yol patrul xidmətinin əməkdaşları cəlb olunub, yoldakı tıxac aradan qaldırılıb. Avtomobil qəza yerindən götürülüb.
Əli Əliyev