Bank Of Baku

Sumqayıtda avtomobildə yanaraq ölən şəxsin kimliyi məlum olub - FOTO - YENİLƏNİB 2

Sumqayıtda avtomobildə yanaraq ölən şəxsin kimliyi məlum olub - FOTO  - YENİLƏNİB 2
# 12 yanvar 2025 22:55 (UTC +04:00)

Sumqayıtda səhər saatlarında müəmmalı şəkildə avtomobildə yanaraq ölən şəxsin kimliyi məlum olub.

APA xəbər verir ki, ”Kia” markalı avtomobildə ölən şəxs 1986-cı il təvəllüdlü Fikrət Fikrət oğlu Həsənlidir.

Məlumat üçün qeyd edək ki, bu gün səhər saatlarında Sumqayıt şəhər Kimyaçılar qəsəbəsində “Kia” markalı 50-CT-685 dövlət qeydiyyat nişanlı avtomobil və onun içərisində olan 1 nəfər yanaraq külə dönüb

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

***

09:17

Sumqayıt şəhərində "Kia" markalı minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb. Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən xəbərə görə, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

08:37

Sumqayıtda naməlum şəxs maşında yanaraq ölüb.

APA xəbər verir ki, hadisə şəhərin İnşaatçılar qəsəbəsində qeydə alınıb.

"KIA" markalı maşında yanaraq ölən şəxs maşımın sahibi deyil.

Fakt üzrə araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR