Bank Of Baku

Sumqayıtda qonşular arasında dava olub, qadın dəmirlə döyülüb

Sumqayıtda qonşular arasında dava olub, qadın dəmirlə döyülüb
# 07 yanvar 2025 00:20 (UTC +04:00)

Sumqayıtda qonşular arasında dava olub, qadın dəmirlə döyülüb.

APA xəbər verir ki, hadisə Xəzər bağları yaşayış massivində qeydə alınıb.

Səbəbi bilinməyən mübahisə zamanı 1983-cü il təvəllüdlü Şərifov Mikayil Nurəddin oğlu qonşusu 1958-ci il təvəllüdlü Ələkbərova Mehparə İmanqulu qızına dəmir parçası ilə xəsarət yetirib.

Yaralı xəstəxanaya çatdırılıb.

M.Şərifov saxlanılıb. Faktla bağlı Sumqayıt şəhər Pİ-də Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərbə vurma) maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR