Sumqayıt şəhərində Babək prospektində yerləşən “Green house” şadlıq sarayında yanğının söndürülməsinə FHN-in 7 yanğınsöndürmə avtomobili və canlı qüvvəsi cəlb olunub.
APA-nın yerli bürosu xəbər verir ki, yanğın 500 kvadrat metr ərazini əhatə edib.
Hazırda yanğın söndürülüb, soyutma işləri aparılır. Xəsarət alan yoxdur.
Yanğının başvermə səbəbləri araşdırılır.
Qeyd edək ki, şadlıq sarayı təmirlə əlaqədar fəaliyyətdə olmayıb.
Əli Əliyev
Ağa Əlizadə
***
16:04
Sumqayıt şəhərində yerləşən “Green House” şadlıq evində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.
Bu barədə APA-ya FHN-dən bildirilib.
Qeyd edilib ki, havanın küləkli olması yanğınla mübarizə tədbirlərini çətinləşdirsə də yanğınsöndürənlərin çevik və peşəkar fəaliyyəti sayəsində yanğın qısa müddətdə söndürülüb.
Hadisə zamanı xəsarət alan olmayıb.
***
15:57
Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində yerləşən “Green House” şadlıq evində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Nazirlikdən APA-ya verilən xəbərə görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində havanın küləkli olmasına baxmayaraq yanğın geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
14:58
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon Sumqayıt şəhərində şadlıq evində yanğın olması barədə ilkin məlumat daxil olub.
FHN-dən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.