Bank Of Baku

Sumqayıtda şəhid ailəsinin üzvləri qəzaya düşüb - ADLAR - FOTO

Sumqayıtda şəhid ailəsinin üzvləri qəzaya düşüb - ADLAR  - FOTO
# 15 aprel 2023 23:34 (UTC +04:00)

Bakı-Quba yolunun Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, 39-BB-240 dövlət nömrə nişanlı "KamAZ" markalı avtomobl ilə 10-TM-685 BMV markalı minik avtomobili toqquşub.

Nəticədə bir ailənin üç üzvü müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar:

Quliyev Natiq Akif oğlu (1980);

Quliyeva Təranə Hüseyin qızı;

Quliyev Həsən Natiq oğlu.

Yaralılar Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.

Qeyd edək ki, xəsarət alanlar İkinci Qarabağ müharibəsi şəhidi Quliyev Namiqin ailə üzvləridir.

Əli Əliyev

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR