Bank Of Baku

Sumqayıtda şirkətdən yük maşınlarının hissələri oğurlanıb

Sumqayıtda şirkətdən yük maşınlarının hissələri oğurlanıb
# 10 aprel 2023 13:26 (UTC +04:00)

Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən şirkətlərdən birinə məxsus “Mercedes” markalı 7 yük avtomobilinin hissələrinin sökülərək oğurlanması barədə polisə məlumat daxil olub.

APA xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Sumqayıt ŞPİ 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən qəsəbə sakinləri Murad Məhərərmov və Natiq Qarazadə müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR