Bank Of Baku

Suraxanıda qanunsuz tikintinin qarşısı alınıb - VİDEO

Suraxanıda qanunsuz tikintinin qarşısı alınıb - VİDEO
# 30 dekabr 2022 16:01 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir.

FHN-dən APA-ya verilən xəbərə görə, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində müvafiq icazəverici sənədlər olmadan, o cümlədən yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla tikinti işinin aparılması faktı aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikintinin qarşısı alınıb və obyekt nəzarətə götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR