Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın yolunda aksiyanı davam etdirir.
APA-nın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, aksiya iştirakçıları ekoloji terror, yataqların qanunsuz istismarı əleyhinə şüarlar səsləndirir, Rusiya sülhməramlılarının komandanı Andrey Volkovla görüş tələb edirlər.
Aksiya ikinci gecədir fasiləsiz davam edir.
Aksiya iştirakçıları Azərbaycanın dövlət himnini, daha sonra isə milli musiqi sədaları altında şüarlarını səsləndiriblər.
Ekofəallar aksiyanı tələbləri yerinə yetirilənədək davam etdirmək niyyətindədir.