Dekabrın 17-də Xəzər rayonu Şüvəlan qəsəbəsi ərazisində qəsəbə sakini, 1998-ci il təvəllüdlü N. Ağayev kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
APA-nın xəbərinə görə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir ki, keçirilən əməliyyat axtarış tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş, 1986-cı il təvəllüdlü tanışı M. Əlövsətov müəyyən olunaraq saxlanılıb. DİN-dən o da bildirilib ki, hadisə iddia olunduğu kimi, Bakı Hava Limanının ərazisində baş verməyib.
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti də hava limanı ərazisində belə bir insident qeydə alınmadığı barədə məlumat yayıb.