Bank Of Baku

Şüvəlanda azyaşlı su anbarına düşüb

Şüvəlanda azyaşlı su anbarına düşüb
# 21 may 2023 19:15 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində azyaşlının quyuya düşməsi barədə məlumat daxil olub.

FHN Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 2022-ci il təvəllüdlü azyaşlı vətəndaşa məxsus fərdi yaşayış evinin həyətindəki köməkçi tikilidə dərinliyi 2m, həcmi 8 m³ olan yeraltı su anbarına düşüb.

FHN-in qüvvələri tərəfindən xüsusi vasitələrlə azyaşlının cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR