Bank Of Baku

Tərtərdə avtomobil kanala aşıb, Bakı sakini ölüb

Tərtərdə avtomobil kanala aşıb, Bakı sakini ölüb
# 04 fevral 2024 22:01 (UTC +04:00)

Tərtərdə bədbəxt hadisə nəticəsində bir nəfər ölüb.

APA-nın yerli müxbiri xəbər verir ki, Bakıdan qonaq gələn 1999-cu il təvəllüdlü Vüsal Quliyev xalası oğluna məxsus "VAZ-21015" markalı minik avtomobilini idarə edərkən nəqliyyat vasitəsini su kanalına aşırıb.

Hadisə nəticəsində 25 yaşlı Vüsal Quliyev boğularaq ölüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib. Bildirib ki, faktla bağlı Tərtər RPŞ-də cinayət işi başlanılıb, istintaq aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR