Bakıda ticarət mərkəzindən oğurluq olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumatına görə, Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu il aprelin 1-dən mayın 17-dək olan müddətdə Lökbatan qəsəbəsi ərazisindəki ticarət mərkəzlərinin birindəki mağazadan 5580 manat oğurlamaqda şübhəli bilinən, orada satıcı işləmiş Abşeron rayon sakini C.Şükürov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.