Bank Of Baku

Tovuzda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var - FOTO - YENİLƏNİB

Tovuzda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var - FOTO  - YENİLƏNİB
# 25 dekabr 2023 09:27 (UTC +04:00)

Tovuzda baş verən qəzada ölən və xəsarət alanların kimlikləri məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, ölən şəxs Ağstafa rayon sakini 1961-ci il təvəllüdlü Razim Mədətovdur. Xəsarət alanlar isə 1989-cu il təvəllüdlü Məmmədov Volodya Zəfər oğlu, 2022-ci il təvəllüdlü Əhmədova Həvvanur Arif qızı, 2020-ci il təvəllüdlü
Əhmədova Elina Arif qızı,1969-cı təvəllüdlü Həsənova Gülarə Məhəmməd qızı,1989-cu il təvəllüdlü Əhmədova Elvira Elxan qızıdır.Yaralıların vəziyyətinin orta ağır olduğu bildirilir.

***

08:49

Tovuzda ölümnə nəticələn ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Düzcırdaxan kəndində qeydə alınıb. Hərəkətdə olan 2 VAZ markalı minik maşınları toqquşub. Qəza zamanı 1 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR