Türkiyə Respublikasının Ali Məhkəməsinin sədri Mehmet Akarca və Ali Məhkəmənin Baş prokuroru Bekir Şahinin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında işgüzar səfərdə olublar.
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, səfər çərçivəsində qonaqlar Naxçıvanın zəngin tarixi-mədəni abidələri, Naxçıvan Muxtar Respublikası Prokurorluğu və "Elektron Prokurorluq İnformasiya Sistemi", eləcə də, Muxtar Respublikanın Ali Məhkəməsinin fəaliyyəti ilə əyani tanış olublar.
Nümayəndə heyətinin səfəri başa çatıb.