Naxçıvan-Ordubad magistralında yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə magistralın Culfa rayon ərazisində qeydə alınıb. Belə ki, Türkiyə Respublikası, Trabzon şəhər sakini, 2001-ci il təvəllüdlü Karoğlu Gökhan Eltan oğlunun idarə etdiyi ağır yüklü TIR aşıb. Nəticədə sürücü ciddi xəsarət alıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.