Bank Of Baku

Ucarda 42 yaşlı qadını maşın vurub

Ucarda 42 yaşlı qadını maşın vurub
# 01 avqust 2023 13:21 (UTC +04:00)

Ucarda piyadanı maşın vurub.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb. "Mercedes" markalı minik maşını 1981-ci il təvəllüdlü Xatirə Abbasəli qızı İsmayılovanı vurub. Ağır xəsarətlər alan qadın Ucar Mərkəzi Rayon Xəstəxanasına aparılıb. X. İsmayılovanın Bakıdakı xəstəxanalardan birinə təxliyəsi planlaşdırılır.

Qeyd edək ki, adı çəkilən ərazidə gecə saatlarında piyadaların vurulması, ölümü ilə nəticələnə yol qəzaları tez-tez baş verir. Buna əsas səbəb şəhərdaxili yolun gecə saatlarında qaranlıq olması göstərilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR