Ucarda azyaşlını maşın vurub.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün rayonun Oğuz küçəsində qeydə alınıb. Rayonun Bərgüşad kənd sakini, 1995-ci il təvəllüdlü Aydın İsmayıl oğlu Müslümzadənin idarə etdiyi "VAZ 2107" markalı minik maşını Ucar şəhəri 4 nömrəli orta məktəbin şagirdi, 2016-cı il təvəllüdlü Məryəm Teymur qızı Nurizadəni vurub.
Azyaşlı ağır xəsarət alaraq Ucar Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Tibbi yardımdan sonra M. Nurizadə Göyçay xəstəxanasına göndərilib.
Fakt araşdırılır.
DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan APA- nın sorğusuna cavab olaraq bildirib ki, qeyd edilən yol-nəqliyyat hadisəsi bu gün saat 14 radələrində rayon ərazisində baş verib. Rayonun sakini A.Müslümzadə idarə etdiyi "VAZ-21063" markalı avtomobillə hərəkətdə olan zaman qəfildən qarşısına çıxan azyaşlını vurub. Hadisə nəticəsində müxtəlif bədən xəsarətləri alan azyaşlı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Ucar RPŞ-də araşdırmalar aparılır.