Bank Of Baku

Ucarda ağır yol qəzası olub, ölən və yaralananlar var - YENİLƏNİB

Ucarda ağır yol qəzası olub, ölən və yaralananlar var - YENİLƏNİB
# 23 aprel 2023 10:38 (UTC +04:00)

Ucarda qəzada ölən və yaralanan şəxslərin adı bəlli olub.

O, 2014-cü il təvəllüd Aynişan Elnur qızı Abdullayevadır.

APA-nın yerli bürosu xəbər verir ki, xəsarət alanlardan biri 2019-cu il təvəllüdlü Ruqiyyə Elmir qızı Abdullayevadı.

Yaralı Ucar rayonuna gətirilib. Digər xəsarət alanlar - 1992-ci il təvəllüdlü Səidə Nazim qızı Nəsibova və 1965-ci il təvəllüdlü Kamalə Zabit qızı Nəsibova Kürdəmir xəstəxanasına yerləşdirilib.

***

09:10

Ucarda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə BakI-Qazax yolunun rayonun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.

“Mercedes” markalı minik maşını hərəkətdə olarkən qəfildən idarəetmədən çıxıb.

Nəticədə avtomobil yoldan çıxaraq bir neçə dəfə aşıb.

Hadisə zamanı 1 nəfər ölüb. Xəsarət alanlar da var.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR