Bank Of Baku

Ucarda avtomobil mikroavtobusa çırpılıb, xəsarət alanlar var - FOTO

Ucarda avtomobil mikroavtobusa çırpılıb, xəsarət alanlar var - FOTO
# 25 aprel 2023 10:28 (UTC +04:00)

Ucarda yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün Bakı-Qazax əsas magistral yolunun rayonun Alpı kəndindən keçən hissəsində qeydə alınıb. Bakı-Tovuz xətti ilə sərnişin daşıyan, Tovuz rayon sakini, 1970-ci il təvəllüdlü Nizami Abduləzim oğlu Məmmədov idarə etdiyi "Mercedes Sprinter" markalı mikroavtobusu sərnişin götürmək məqsədi ilə yol kənarında saxlayıb. Arxadan gələn Mingəçevir şəhər sakini, 1986-ci il təvəllüdlü Cəmil Bayram oğlu Məmmədovun idarə etdiyi eyni markalı avtomobil mikroavtobusa çırpılıb. Nəticədə Yevlax rayon sakini, 1980-ci il təvəllüdlü Rəşad Həmid oğlu Həmidov və Mingəçevir sakini, 1965-ci il təvəllüdlü Ramiz Şakir oğlu Mollakişiyev müxtəlif xəsarətlər alaraq Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR