Ucarda yanğın olub.
APA-nın yeri bürosunun xəbərinə görə, hadisə bu gün rayonun Boyat kəndində qeydə alınıb. Rayon sakini Cümşüd İsrafilova məxsus, ümumi sahəsi 120 kv.m olan 4 otaqdan ibarət evdə güclü yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində həyətdə olan digər ev yanğından mühafizə olunub. İlkin ehtimala görə, hadisəyə səbəb elektrik naqillərində baş verən qısaqapanma olub. Fakt araşdırılır.