Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Ucar rayonun Rəstəcə kəndində suvarma kanalında 1 nəfərin batması barədə məlumat daxil olub.
APA FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu çağırış üzrə cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***
11.26
Ucarda kanalda batan yeniyetmənin meyiti tapılıb.
APA-nın yerli bürosunun xəbərinə görə, Ucar şəhər sakini 2010-cu il təvəllüdlü Ə.Hacıyevin meyiti FHN-nin xilasediciləri tərəfindən sudan çıxarıllb.
***
09.19
Ucarda yeniyetmə kanalda batıb.
APA-nın yerli bürosunun xəbərinə görə, Ucar şəhər sakini, 2010-cu il təvəllüdlü Ə.Hacıyevin rayonun Rəstəcə kəndindən keçən su kanalında batdığı ehtimal olunur.
Gecə saatlarından etibarən kanalda axtarışlar aparılır.