Bank Of Baku

Ucarda mikroavtobusla yük maşını toqquşub, xəsarət alan var

Ucarda mikroavtobusla yük maşını toqquşub, xəsarət alan var
# 17 iyul 2025 20:45 (UTC +04:00)

Ucar rayonunun Müsüslü kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, Ucar şəhər sakini, 1962-ci il təvəllüdlü Mübariz Bəşir oğlu Şirəliyevin idarə etdiyi “Mercedes” markalı mikroavtobusla Yevlax şəhər sakini, 1995-ci il təvəllüdlü Elnur Elburus oğlu Yusifzadənin sürdüyü “TIR” markalı yük avtomobili toqquşub.

Qəza nəticəsində mikroavtobusun sərnişini, Ucar şəhər sakini, 1993-cü il təvəllüdlü Ramazan Əlmusa oğlu İlyaszadə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR