Bank Of Baku

Ucarda "Qaz-31" markalı minik avtomobili yanıb - VİDEO

Ucarda "Qaz-31" markalı minik avtomobili yanıb  - VİDEO
# 09 yanvar 2025 23:34 (UTC +04:00)

Ucarda minik avtomobili yanıb.

APA- nın yerli bürosunun xəbərinə görə, hadisə gecə saatlarında Bakı- Qazax əsas magistral yolunun rayonun Qaracallı kəndindən keçən hissəsində baş verib.

Belə ki, Şakir Nəsib oğlu Yusifovun idarə etdiyi "Qaz-31" markalı minik avtomobili hərəkətdə olarkən anidən alışıb.

Hadisə yerinə FHN-in Ucar Rayon Yanğından Mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb. Hadisə zamanı ölən və xəsarət alan olmayıb.

İlkin ehtimala görə, hadisəyə qısaqapanma səbəb olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR