Bank Of Baku

Ucarda qəza olub, ölən və xəsarət alanlar var - VİDEO - YENİLƏNİB

Ucarda qəza olub, ölən və xəsarət alanlar var - VİDEO  - YENİLƏNİB
# 31 iyul 2026 01:26 (UTC +04:00)

Ucarda baş vermiş qəzada xəsarət alanlardan biri də ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, beləliklə bir piyada və sərnişinlərdən biri ölüb.

Bir piyada və bir sərnişin isə xəsarət alıb.

***

01:14

Ucarda yol-nəqliyyat hadisəsi olub, ölən və xəsarət alanlar var.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax magistralının rayonun Qarabörk kəndindən keçən hissəsində baş verib.

Belə ki, hərəkətdə olan yük avtomobili ilə minik avtomobili toqquşub. Toqquşmadan sonra idarəetmədən çıxan avtomobillər yol kənarında dayanmış 2 piyadanı vurub.

İlkin məlumata görə, piyadalardan biri hadisə yerində ölüb. Digər piyada və minik avtomobilində olan sərnişin ağır xəsarət alaraq xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR