Bank Of Baku

Ucarda yol qəzasında 3 nəfər xəsarət alıb - FOTO

Ucarda yol qəzasında 3 nəfər xəsarət alıb - FOTO
# 14 iyul 2025 14:30 (UTC +04:00)

Ucarda yol qəzası olub, xəsarət alanlar var.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun H. Əliyev prospektində baş verib. Göyçay rayon sakini Namiq Məmmədovun idarə etdiyi "VAZ- 21015" markalı maşınla Ucar rayon sakini Abduləli Sadıqovun idarə etdiyi "VAZ 2107" markalı maşın toqquşub.

Nəticədə Ucar sakinləri - Elşən Məmmədov, həyat yoldaşı Ayşən Məmmədova və sürücü N. Məmmədov müxtəlif xəsarətlərlə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR