Bank Of Baku

Ucarda yol qəzasında 4 nəfər xəsarət alıb - FOTO

Ucarda yol qəzasında 4 nəfər xəsarət alıb - FOTO
# 17 iyul 2025 15:22 (UTC +04:00)

Ucarda yol qəzası olub, xəsarət alanlar var.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Qaradağlı kəndindən keçən hissəsində baş verib.

"Hyundai" və "Ford" markalı avtomobillər toqquşub. Nəticədə 4 nəfər - 1991-ci il təvəllüdlü Şərqiyyə Fikrət qızı Quliyeva, 1993-cü il təvəllüdlü İlkin Əlişad oğlu Rəsulov, 1979-cu il təvəllüdlü Kamalə Mirzəhüseyn qızı Rəsulova və 1972-ci il təvəllüdlü Pərvanə Məhəmməd qızı Rəsulova xəsarət alıb.

Onlar Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR