Bank Of Baku

Vilayət Eyvazov Salyanda vətəndaşları qəbul edəcək

Vilayət Eyvazov Salyanda vətəndaşları qəbul edəcək
# 28 aprel 2023 09:16 (UTC +04:00)

Daxili işlər naziri Vilayət Eyvazov Salyanda vətəndaşları qəbul edəcək.

DİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik cənab Vilayət Eyvazov tərəfindən cari il may ayının 18-də Salyan Rayon Polis Şöbəsinin inzibati binasında Hacıqabul, Kürdəmir, Salyan və Şirvan şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 17.05.2023-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR