Bank Of Baku

Xaçmazda dostunu bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

Xaçmazda dostunu bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
# 27 yanvar 2025 09:41 (UTC +04:00)

Xaçmaz rayonunun Xaspolad-oba kənd sakini 22 yaşlı Ramil Əbilovu bıçaqlayan şəxs saxlanılıb.

APA-nın Şimal bürosu xəbər verir ki, R.Əbilova xəsarət yetirərək qaçan dostu 20 yaşlı Xalidov Seyidbaba Coşqun oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

TƏBİB-dən APA-ya bildirilib ki, yanvarın 26-da saat 19:00 radələrində xəsarət alması səbəbilə 2003-cü il təvəllüdlü (kişi cinsli) şəxs Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Ona sol bel nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu təyin edilib.
Xəsarət alan şəxsin müalicəsi tibb müəssisəsinin Cərrahiyyə şöbəsində davam etdirilir. Hazırda vəziyyəti kafi olaraq qiymətləndirilir.

***

27 yanvar, 23:10

Xaçmaz rayonunun Xaspolad-oba kəndində bıçaqlanma hadisəsi baş verib.

APA-nın Şimal bürosu xəbər verir ki, 2003-cü il təvəllüdlü Ramil Əbilova bıçaq xəsarəti yetirilib.

O, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və hazırda tibbi yardım göstərilir. R.Əbilov bildirib ki, ona dostu Seyidbaba adlı şəxs bıçaq xəsarəti yetirərək qaçıb.

Hazırda onu bıçaqlayan şəxsin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR