Bank Of Baku

Xaçmazda əkiz qardaşlar qətlə yetirilib, cinayət işi başlanıb - YENİLƏNİB-1

Xaçmazda əkiz qardaşlar qətlə yetirilib, cinayət işi başlanıb - YENİLƏNİB-1
# 07 iyul 2023 16:26 (UTC +04:00)

İyulun 7-si saat 15 radələrində Xaçmaz rayonu, Yalama qəsəbəsi, Meşəli kəndində yerləşən evlərin birində 1992-ci il təvəllüdlü əkiz qardaşlar - Orxan və Kamran İsgəndərovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə APA-ya Xaçmaz rayon prokurorluğdan məlumat verilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq istintaq edilir.

***

16:07

İyulun 7- də saat 15 radələrində Xaçmaz rayon Yalama qəsəbəsi Meşəli kəndində evlərin birində 1992-ci il təvəllüdlü İsgəndərov Kamran və Orxan əkiz qardaşların kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Bu barədə APA-ya DİN-in mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, cinayət hadisəsi ilə bağlı polis və prokurorluq əməkdaşları tərəfindən araşdırma aparılır.

Əlavə məlumat veriləcək.

***

14:34

Xaçmazda qətl hadisəsi olub.

APA xəbər verir ki, hadisə Yalama qəsəbəsində qeydə alınıb.

Rayon sakini olan kişinin küçədə qətlə yetirildiyi bildirilir.

Hazırda prokurorluq əməkdaşları hadisə yerindədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR