Bank Of Baku

Xaçmazda ev yanıb, ər-arvad ölüb - YENİLƏNİB - VİDEO

Xaçmazda ev yanıb, ər-arvad ölüb - YENİLƏNİB  - VİDEO
# 10 aprel 2023 10:00 (UTC +04:00)

Xaçmazda iki nəfər yanaraq ölüb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, rayonunun Yalama kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yanğının kəşfiyyatı zamanı 2 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

***

09.32

Xaçmaz rayonunda yaşayış evinin yanması nəticəsində 2 nəfər dünyasını dəyişib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Yalama kəndində qeydə alınıb.

Yanmış evdən 60 yaşlı Aslan Tarıverdiyevin və həyat yoldaşı, 58 yaşlı Rumayə Tarıverdiyevanın yanmış meyitləri aşkarlanıb.

Hadisənin səbəbləri araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR