Bank Of Baku

Xaçmazda gizlədilən avtomat tapılıb - FOTO

Xaçmazda gizlədilən avtomat tapılıb - FOTO
# 08 yanvar 2025 11:42 (UTC +04:00)

Xaçmaz sakinində avtomat aşkarlanıb.

DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan APA-ya verilən məlumata görə, Xaçmaz rayon sakini əvvəllər məhkum olunmuş Rüstəm Qeybullayevin qanunsuz olaraq odlu silah-sursat saxlaması barədə polisə məlumat daxil olub.

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin şəxs saxlanılıb. Ondan 3 ədəd patron və gizlətdiyi yerdən 1 ədəd “Kalaşnikov” markalı avtomat silahı aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə R.Qeybullayev barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR