Gəndob-Yalama avtomobil yolunda, Xacmaz şəhəri ərazisində yol nəqliyyat hadisəsi baş verib.
APA-nın Şimal bürosu xəbər verir ki, "Opel" markalı nəqliyyat vasitəsi "Kia" markalı avtomobilə çırpılıb. Nəticədə 3 nəfər, Samir Balakişiyev, İradə Bayramova, Sərxan Barataşvili müxtəlif dərəcəli xəsarətlər alıb. Onlar Xaçmaz rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
TƏBİB-dən APA-ya bildirilib ki, yanvarın 14-də saat 12:30 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 1987-ci il təvəllüdlü (kişi cinsli), 1988-ci il təvəllüdlü (qadın cinsli), 1997-ci il təvəllüdlü (kişi cinsli) ,1993-cü il təvəllüdlü (kişi cinsli) şəxslər Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Onlara bədənin müxtəlif nahiyyələrinin çoxsaylı travmaları diaqnozu qoyulub.
Xəsarət alan şəxslərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.