Bank Of Baku

Xaçmazda itkin düşən məktəbli qardaşlar tapılıb - FOTO - YENİLƏNİB

Xaçmazda itkin düşən məktəbli qardaşlar tapılıb - FOTO  - YENİLƏNİB
# 22 aprel 2023 18:22 (UTC +04:00)

Xaçmaz rayonunda itkin düşən məktəbli qardaşlar tapılıb.

APA-nın xəbərinə görə, 3 gün əvvəl itkin düşən 16 yaşlı Nicat Muradov və qardaşı 13 yaşlı Kənanın yeri müəyyən edilib.

Onların atası Tural Muradovun APA-ya verdiyi məlumata görə, uşaqlar Xaçmaz ərazisində tapılıblar.

Onlar ailələrinə təhvil verilib.

DİN-in mətbuat xidmətinin Quba regional qrupundan uşaqların tapılması barədə məlumatı təsdiq ediblər.

***

11.07

DİN Xaçmazda itkin düşən iki qardaşın axtarışı barədə məlumat yayıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan APA-ya verilən məlumata görə, Xaçmaz rayon sakinləri 16 yaşlı Nicat Muradov və qardaşı 13 yaşlı Kənan aprelin 20-də təhsil aldıqları Xaçmaz rayon 9 saylı tam orta məktəbdən çıxdıqdan sonra onları görən olmayıb, eləcə də yaşadıqları evə bir daha geri qayıtmayıblar.

Şəkildə gördüyünüz şəxsləri görənlərdən və barələrində məlumatı olanlardan DİN-in "102 - Xidməti Zəng Mərkəzi”nə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinin (2332)5-53-56 şəhər nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.

***

10.34

Xaçmazda iki məktəbli itkin düşüb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz şəhər sakinləri, 9 saylı məktəbin 10-cu sinif şagirdi Nicat Muradov və onun qardaşı, 7-ci sinif şagirdi Kənan 3 gün öncə dərsdən çıxıb və evə qayıtmayıblar.

Onları görən şəxslərdən bu barədə polisə və ya (055/070) 234-50-30 mobil nömrələrinə məlumat vermələri xahiş olunur.

Sail Ağasəlim

Vəli Turan

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR