Xaçmazın Nəriman Nərimanov küçəsində yerləşən kafedə yanğın baş verib.
APA-nın yerli bürosunun verdiyi məlumata görə,ki, yanğın nəticəsində iaşə obyekti yararsız vəziyyətə düşüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin Xaçmaz Rayon Yanğından Mühafizə bölməsinin qüvvələri cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb və söndürülüb.
Faktla bağlı araşdırma aparılır.