Bakı. Fuad Cəfərov – APA. Bakıda oğurluq edən şəxs saxlanılıb.
Yasamal Rayon Polis İdarəsində 27-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 6-da Nəriman Nərimanov prospektində yerləşən “Komtec LTD” MMC-nin qarşısında quraşdırılmış “Milli Ön” terminalından 1430 manat oğurlayan Abşeron rayon sakini Rəşad Süleymanov tutulub.